"Gilan Holding" talassemiyadan əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirib

"Gilan Holding" talassemiyadan əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirib
# 03 noyabr 2017 11:16 (UTC +04:00)

31 oktyabr tarixində "Gilan Holding" talassemiyadan əziyyət çəkənlər üçün “Qan ver – Həyat ver!” adlı qanvermə aksiyasını həyata keçirib. Talassemiya xəstələrinə yardım məqsədi ilə həyata keçirilən bu aksiya Azərbaycan Talassemiya Federasiyasının və Mərkəzi Qan Bankının dəstəyi ilə həyata keçirilib. Aksiya könüllülük prinsipinə əsaslanıb və Holdinq əməkdaşları böyük məmnuniyyətlə qanvermədə iştirak ediblər.

Xatırladaq ki, talassemiya irsi keçən qanazlığı xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın talassemiya geninin daşıyıcısı olan insan var. Müalicəsi olduqca çətin və bahalı olan talassemiya xəstələrinə həyatları boyu 3-4 həftə ərzində bir-iki dəfə qan köçürülməlidir. Bu xəstəliyə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç bir fərqi olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR