Gürcü professor: “Ermənistanda multikulturalizm inkişaf edə bilməz”

Gürcü professor: “Ermənistanda multikulturalizm inkişaf edə bilməz”
# 31 mart 2017 11:18 (UTC +04:00)

“Ermənistanda multikulturalizm inkişaf etməyib”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflis Dövlət Universitetinin professoru, Dilçilik İnstitutunun direktoru David Qoçeridze deyib.

O bildirib k, Ermənistan monoetnik ölkədir və bu ölkədə digər mədəniyyətlərin bir-biri ilə əlaqəsi mövcud deyil: “Gələcəkdə bu ölkəyə xarici mədəniyyətlərin nümayəndələri daxil olarsa və başqa mədəniyyətlər inkişaf edərsə, ən başlıcası isə, Ermənistan Azərbaycanla münasibətləri tənzimləyərsə bu, onun xeyrinə olar. Abxaziya və Cənubi Osetiyada da belədir. Harada separatizm varsa, orda multikulturalizm inkişaf edə bilməz. Bir mədəniyyət digərləri ilə əlaqədə olmasa, inkişaf edə bilməz və bəşəriyyət də bunu qəbul etməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR