Goranboyda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO

Goranboyda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO
# 28 dekabr 2019 16:33 (UTC +04:00)

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Goranboy-Borsunlu yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb. Su daşıyan yük maşını ilə “Toyota Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR