Ekvador millisini Yordi Kroyff çalışdıracaq

Ekvador millisini Yordi Kroyff çalışdıracaq
# 04 yanvar 2020 13:00 (UTC +04:00)

Ekvador milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisini niderlandlı Yordi Kroyff çalışdıracaq.

İsrailin “Makkabi” (Təl-Əviv) klubunun sabiq məşqçi ilə 3 illik müqavilə imzalanıb. 45 yaşlı mütəxəssisin son iş yeri isə ötən ay ayrıldığı Çinin “Çuntsin Lifan” komandası olub.

Qeyd edək ki, Y.Kroyff əfsanəvi Yohan Kroyffun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR