Avropalı müşahidəçi: "Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim"

Avropalı müşahidəçi: "Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim"
# 11 aprel 2018 12:03 (UTC +04:00)

“Səsvermə ədalətli və səmərəli keçir. Prosedurlər düzgün şəkildə yerinə yetirilir”.

Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Deyvid Kembl deyib.

D. Kemblın indiyə qədər bir neçə seçki məntəqəsində müşahidə apardığını vurğulayıb: “Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim. Bu cür təhlükəsizliyə xidmət edən prosedurlar iki dəfə səs verməyin qarşısını alır. Birləşmiş Krallıqda keçirilən bəzi seçkilərdə seçicilər şəxsiyyət vəsiqələrini göstərmirlər. Təhlükəsizlik baxımından burada vəziyyət daha yaxşıdır. Düşünürəm ki, təhlükəsizlik məsələlərinə Azərbaycanda daha ciddi əhəmiyyət verilir. Bizim getdiyimiz sonuncu seçki məntəqəsi çox qaynar idi. Həmin məntəqədə 1300 nəfər səs vermişdi. Bu göstərici bir seçki məntəqəsi üçün kifayət qədər qənaətbəxşdir. Seçki məntəqəsində seçicilər uzun sıralar yaratmışdılar ki, bu da çox təsirlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR