Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” festivalı keçiriləcək

Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” festivalı keçiriləcək
# 26 sentyabr 2017 10:46 (UTC +04:00)

Sentyabrın 27-də Ümumdünya Turizm Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək. İdarədən APA-ya verilən məlumata görə, festivalda ondan artıq ölkənin (İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və s.) səfirliyi iştirak edəcək.

Festivalın keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarətdir. Belə ki, tədbir iştirakçı ölkələrin milli adət-ənənələri, zəngin mədəniyyəti, tarixi, həmin ölkələr və onların Azərbaycandakı fəaliyyətləri ilə şəhərimizin sakinlərini yaxından tanış etməklə yanaşı, İçərişəhərin turizm potensialını, o cümlədən Azərbaycan mədəniyyəti və tarixinin dünyada tanıdılmasını təmin etmək məqsədi daşıyır.

Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələri və Azərbaycandakı fəaliyyətləri barədə təqdimat da edəcəklər.

Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Azərbaycanda ilk dəfə 2001-ci ildən keçirilməyə başlayan bu gün ölkəmizdə turizm sektorunun sürətlə inkişaf etməsilə daha intensiv xarakter almağa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR