ABŞ-da kilsədə atışma olub, ölən və yaralananlar var

ABŞ-da kilsədə atışma olub, ölən və yaralananlar var
# 24 sentyabr 2017 20:11 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatında kilsədə silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Neşvill şəhəri yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, kilsədə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. İnsidentlə əlaqədar bir nəfərin saxlandığı bildirilir. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR