ABŞ ştatlarından birində fövqəladə vəziyyət rejimi elan edilib

ABŞ ştatlarından birində fövqəladə vəziyyət rejimi elan edilib
# 08 fevral 2017 00:42 (UTC +04:00)

Luiziana ştatının qubernatoru Con Bell Edvards ştat ərazisində tüğyan edən tornado ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Luiziana ştatının cənubunda azı üç tornado qeydə alınıb. Təbii fəlakət zonasında evlər və tikililərin əksəriyyətinə ciddi ziyan dəyib, bəzi rayonlarda elektrik təchizatı dayandırılıb. Onlarla insan xəsarət alıb, 10 minədək ev işıqsız qalıb.

Qubernatorun saytında ştat ərazisində 6 tornadonun qeydə alındığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR