Şəmkir rayon sakini dəm qazından zəhərlənib

Şəmkir rayon sakini dəm qazından zəhərlənib
# 06 noyabr 2016 07:25 (UTC +04:00)

Şəmkirdə qadın dəm qazından zəhərlənib.

APA-qərb bürosunun verdiyi məlumata görə, Gədəbəyin Arıqdam kənd sakini, Şəmkir şəhərində atası evinə qonaq gələn 1988-ci il təvəllüdlü Elnurə Həsənova vanna otağında dəm qazından zəhərlənib.

O dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR