İmişlidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

İmişlidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 04 fevral 2017 14:05 (UTC +04:00)

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərinin mərkəzində iki VAZ markalı avtomobil toqquşub.

Nəticəsində avtomobillərdə olan Bakı sakinləri, 1971-ci il təvəllüdlü Şahbazova Mehriban Əhməd qızı, 1978-ci il Şahbazova Məlahət Əlqəmə qızı, 1982-ci il təvəllüdlü Hüseynova Məlahət Bəxtiyar qızı və Hüseynov Elnur Bəxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar ambulator tibbi yardım alaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR