Putinin səfərinə görə Vyana üzərində aviauçuşlar məhdudlaşdırılacaq

Putinin səfərinə görə Vyana üzərində aviauçuşlar məhdudlaşdırılacaq
# 03 iyun 2018 13:14 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinin iyunun 5-də Avstriyaya səfəri ilə əlaqədar paytaxt Vyana və qonşu regionlarda aviauçuşlar məhdudlaşdırılacaq.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi Avstriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

V. Putinin işgüzar səfəri zamanı avstriyalı həmkarı Aleksander Van der Bellen ilə görüşü nəzərdə tutulub. Təhlükəsizliyin təmin edilməsi üçün 800-dən çox hərbçi, 10 hərbi təyyarə və 7 vertolyot cəlb olunacaq. Müdafiə Nazirliyi şəhər sakinlərinin Vyana səmasında təhlükəsizliyin təmini üçün təyyarə və vertolyotların uçuşuna anlayışla yanaşmasını xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR