Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb

Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb
# 05 dekabr 2017 17:36 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb.

APA-nın XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və ATƏT-in Nazirlər Şurasının dekabrın 7-8-də keçiriləcək 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR