Bakıda bir il əvvəl dələduzluq etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda bir il əvvəl dələduzluq etməkdə şübhəli bilinən şəxs tutulub
# 05 sentyabr 2015 08:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda dələduzluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 7 iyul 2014-cü il tarixdə Bakı şəhər sakini Elmira Hüseynovanın etibarından sui- istifadə edərək 1500 manat pulunu dələduzluq yolu ilə talamaqda şübhəli Füzuli rayon sakini, 1966-cı il təvəllüdlü Elşən Qurban oğlu Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR