Bu ilin 6 ayında Naxçıvanda 7 minə yaxın müştəriyə bank hesabı açılıb

 Bu ilin 6 ayında Naxçıvanda 7 minə yaxın müştəriyə bank hesabı açılıb
# 27 iyul 2015 13:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında 6511 müştəriyə yeni bank hesabı açılıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Elçin Əliyev məlumat verib. Onun sözlərinə görə, açılmış bank hesablarının 41-i hüquqi, 6470-i fiziki şəxsə məxsus olub.

Qeyd edək ki, hesabat dövründə, 2286 hüquqi, 42475 fiziki şəxs olmaqla, ümumilikdə 44761 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 41044-ü işlək hesab olub ki, onların 1356-sı hüquqi, 39688-i fiziki şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR