"Moody`s" "Bank Technique"ə verdiyi reytinqi geri çağırıb

"Moody`s" "Bank Technique"ə verdiyi reytinqi geri çağırıb
# 10 sentyabr 2015 06:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gündən etibarən "Moody`s" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-yə verdiyi reytinqi geri çağırıb.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, hazırda bankın həm milli valyutada olan uzunmüddətli depozit reytinqi, həm də xarici valyutada olan uzunmüddətli depozit reytinqi "Caa2" səviyyəsindədir.

Yerli və xarici valyutada olan qısamüddətli depozit reytinqi aşağı səviyyədədir.

Agentlik bankın kreditləşmə qabiliyyətini "Caa3" səviyyəsində qiymətləndirir.

Reytinqin geri çəkilməsinə gəlincə, agentlik bunu "öz biznes əlaqələri" ilə bağlayıb.

"Moody`s" qeyd edir ki, 2014-cü ilin iyunun 30-a bankın məcmu aktivləri 568,5 mln. manata, nizamnamə kapitalı isə 49,8 mln. manat təşkil edir. Həmin dövr üçün bankın xalis mənfəəti 1,3 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR