Nyu-Yorkun "Tayms" meydanında terror planlaşdıran İŞİD tərəfdarı həbs olunub

Nyu-Yorkun "Tayms" meydanında terror planlaşdıran İŞİD tərəfdarı həbs olunub
# 22 noyabr 2016 09:15 (UTC +04:00)

Nyu-Yorkda İŞİD-ə qoşulmağı planlaşdıran və "Tayms" meydanında terror aktı törətməyi planlaşdıran şəhər sakini həbs olunub.

APA-nın məlumatına görə, bu barədə “Fox News” xəbər yayıb. İstintaqın məlumatına əsasən 37 yaşlı Məhəmməd Rafiq Naci ötən ilin martından sentyabrına kimi Türkiyə və Yəməndə olub, oradan isə İŞİD-in nəzarətində olan Suriya və İraq ərazisinə keçməyə çalışıb. O, 5 dəfə cəhd etsə də, sərhədi keçə bilməyib. Bu müddət ərzində M. R. Naci sevgilisi ilə kontaktda olaraq ondan borc pul istəyib.

Polisin məlumatına görə, ABŞ-a qayıtdıqdan sonra Məhəmməd Naci Manhettendə terror təşkil etməyi planlaşdırıb və İŞİD üzvü olduğu ehtimal edilən şəxslə telefonda planını müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR