40 min manatlıq oğurluq edən şəxs tutulub

40 min manatlıq oğurluq edən şəxs tutulub
# 24 noyabr 2016 08:57 (UTC +04:00)

Beyləqanda evlərdən xeyli pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Beyləqan Rayon Polisi Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Nigar Quliyevanın evindən 1400 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Fərhad Muxtarov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 28-də Riayyət İsmayılovanın evindən 10000 manat, 20000 ABŞ dolları və qızıl əşyalar oğurlaması, habelə avqust ayında həmyerlisi Nail Şükürlü ilə birlikdə Bəxtiyar Əliyevə məxsus mağazadan 260 manat pul, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR