Bakı. Könül Kamilqızı – APA. Bakıda qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşması nəticəsində xəsarət alan 3 nəfər Klinik Tibbi Mərkəzə gətirilib. Klinik Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov APA-ya açıqlamasında deyib ki, hadisə nəticəsində xəstəxanaya 4 xəstə gətirilib. Onun sözlərinə görə, xəsarət alanlardan birinin – 1991-ci il təvəllüdlü İsmayılov Cavidin vəziyyəti ağırdır. Onun daxili üzvləri zədələnib, dalağı partlayıb və hazırda əməliyyat edilir.
Digər 2 nəfər isə kəllə-beyin travması alıb. Onların həyatı üçün təhlükə yoxdur. Onlar 1994-cü il təvəllüdlü Qocayeva Samirə və 1992-ci il təvəllüdlü Muradova Elmiradır.