Goranboyda avtomobil aşıb, sürücü ölüb

Goranboyda avtomobil aşıb, sürücü ölüb
# 07 fevral 2017 18:58 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini 1984-cü il təvəllüdlü Mirzəyev Mahir Nökər oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR