Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 22 sentyabr 2017 14:58 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, R. Əhmədov ötən ilin avqustunda tanışı Çobanova Arzu İlyas qızına məxsus xaricdən gələn malları ölkəyə rüsumsuz keçirəcəyini deyərək, onun 50 min manat məbləğində pulunu ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR