Bakıda iki piyadanı avtomobil vuraraq öldürüb

Bakıda iki piyadanı avtomobil vuraraq öldürüb
# 04 oktyabr 2017 09:27 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Analoji hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində də baş verib.

Oktyabrın 3-də saat 22 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisində Bakı şəhər sakini Samirə Həmzəyeva idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nemət Abdullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR