Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin vaxtı açıqlanıb - YENİLƏNİB

Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin vaxtı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2017 16:07 (UTC +04:00)

Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq.

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, “Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.

Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.

Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.

Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

***

saat 10.34

Bu il Türkiyə, Azərbaycan və Gürcüstan “Qafqaz qartalı” adlı ənənəvi birgə hərbi təlimlər keçirəcək.

APA-nın “Resmi gazete”-yə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu nəzərdə tutan qanunu imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR