Cavanşir Axundov: "Azərbaycanlı balıqçıların İranda olması məsələsi araşdırılır"

Cavanşir Axundov: "Azərbaycanlı balıqçıların İranda olması məsələsi araşdırılır"
# 18 avqust 2015 11:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. "Azərbaycanlı balıqçıların İranda olması məsələsi araşdırılır".

Bu barədə APA-ya Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinə müraciət edilib.

Xatırladaq ki, keçən həftə Xəzər dənizində 4 azərbaycanlı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.

İranın Azərbaycandakı səfirliyi bu məsələ ilə bağlı hələlik heç bir məlumat almadıqlarını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR