UEFA AFFA-ya 1 milyon avro verəcək

UEFA AFFA-ya 1 milyon avro verəcək
# 05 aprel 2017 11:10 (UTC +04:00)

“Futbolu pul idarə etməməlidi”. Apasport.az saytı xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin deyib.

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilir.

Qitənin ali futbol qurumunun rəhbəri tədbirin əvvəlində çıxış edib: “Futbolun dəyərlərinə hörmət etmək lazımdı. Pulları hesabına bizdən güclü olduğunu düşünənlərin şantajına uymamalıyıq. Keçmişdən qorxmamalı, irəli getməkdən çəkinməməliyik. Futbol narahat dünyada insanlara xəyal qurmaq şansı yaradır. Futbol arzusu hələ də yaşayır. Uşaqların, xüsusilə də, balaca qızların futbola gəlişi uğurlu gələcəyinin açarıdı. Bu, uzunmüddətli investisiyadı”.

Çeferin söhbət əsnasında UEFA-nın üzv assosiasiyaların hər birinə əlavə 1 milyon avro verəcəyini də açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR