İndiyədək BTC ilə 337 mln. tondan çox neft nəql olunub

İndiyədək BTC ilə 337 mln. tondan çox neft nəql olunub
# 02 avqust 2017 15:05 (UTC +04:00)

Cari ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 403,234 min ton Azərbaycan nefti nəql olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 mln. 577,521 min ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il avqust ayının 1-ə qədər BTC-yə 337 mln. 115,583 min ton neft vurulub.

Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə 486,269 min ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR