Əfqanıstan maliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Əfqanıstan maliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir
# 15 mart 2018 15:39 (UTC +04:00)

Maliyyə naziri Samir Şərifov martın 15-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Eklil Əhməd Hakim ilə görüşüb.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən xəbər verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Əfqanıstan arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin önəmi qeyd edilərək Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə apardığı müzakirələr, xüsusi ilə ikitərəfli iqtisadi və maliyyə fəaliyyəti sahəsində dövlət başçıları tərəfindən verilmiş müvafiq göstərişlərin icra vəziyyəti nəzərdən keçirilib, o cümlədən Azərbaycan Maliyyə Nazirliyində tətbiq olunan və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təcrübələrin Əfqanıstanda da tətbiqi və bu çərçivədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR