Avropa Liqasında həftənin ən yaxşısı məlum olub

Avropa Liqasında həftənin ən yaxşısı məlum olub
# 06 aprel 2018 20:20 (UTC +04:00)

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu bəlli olub. Apasport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticələri açıqlanıb.

Azarkeşlər arasında baş tutan səsvermənin yekun nəticəsinə əsasən, “Arsenal”ın yarımmüdafiəçisi Aaron Remzi ən yaxşı oyunçu seçilib. O, bütün respondentlərin 70 faizinin səsini toplayıb.

Qeyd edək ki, Remzi Avroliqanın 1/4 finalında MOİK-lə matçda dubla imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR