Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 9 dəfədən çox artıb

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 9 dəfədən çox artıb
# 19 dekabr 2019 09:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4 026 707,4 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 039 102,05 min dollar və ya 34,8% artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin on bir ayında Azərbaycandan Türkiyəyə ixracın həcmi 2 544 335,01 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 994 171,66 min dollar və ya 64,1% çoxdur. İdxalın həcmi isə 1 482 372,39 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 44 930,39 min dollar və ya 3,1% artıb.

Nəticədə, 1 061 962,62 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 949 241,27 min dollar və ya 9,4 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR