Azərbaycan-Rusiya parlamentlərarası komissiyanın üzvü Dərbənd şəhərinin meri olacaq

Azərbaycan-Rusiya parlamentlərarası komissiyanın üzvü Dərbənd şəhərinin meri olacaq
# 13 avqust 2015 10:07 (UTC +04:00)

APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, H. Səfərəliyev bu vəzifəyə rəsmən yaxın vaxtlarda təyin olunacaq.

H. Səfərəliyev bildirib ki, bu vəzifəni icra etməyi ona Dağıstanın Respublikasının rəhbəri Ramazan Abdulatipov təklif edib: “Mən bu təklifə razılıq vermişəm. Lakin rəsmi prosedur hələ reallaşmayıb”.

Qeyd edək ki, 65 yaşlı H. Səfərəliyev Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasının üzvüdür. O həmçinin Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.

Xatırladaq ki, avqustun 11-də Dərbənd şəhərinin meri İmam Yaraliyev öz istəyilə vəzifəsindən gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR