Qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli üçün ayrılan vəsait artırılıb

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli üçün ayrılan vəsait artırılıb
# 04 oktyabr 2017 20:29 (UTC +04:00)

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarı artırılıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” 2017-ci il 10 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dövlət Neft Fondunun büdcəsində 2017-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər 15 milyon manat artırılıb və 90 milyon manatdan 105 milyon manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR