Rusiya səfirliyində Moskva uğrunda döyüşmüş azərbaycanlı veteranlar təltif edilib

Rusiya səfirliyində Moskva uğrunda döyüşmüş azərbaycanlı veteranlar təltif edilib
# 03 mart 2017 14:27 (UTC +04:00)

Rusiyanın Azərbaycandakı səfirliyində İkinci Dünya müharibəsi zamanı Moskva uğrunda döyüşmüş azərbaycanlı veteranlar təltif edilib.

APA-nın məlumatına görə, Fatimə Səttarova və Dəmir Nəbiyev "Moskva uğrunda döyüşün 75 ili" döş nişanına layiq görülüblər.

Döş nişanı ilə ümumilikdə 10 min veteran təltif ediləcək. Moskva uğrunda vuruşan veteranların orta hesabla 95 yaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR