Gədəbəydə qonşular arasında dava olub, xəsarət alan var

Gədəbəydə qonşular arasında dava olub, xəsarət alan var
# 07 mart 2018 11:10 (UTC +04:00)

Gədəbəydə qadın qonşusu tərəfindən döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Söyüdlü kənd sakini, 1955-ci il təvəllüdlü Kərimova Xumnaz Qurban qızı müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, qadın torpaq üstündə yaranan dava zamanı qonşusu tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR