Bank BTB-də Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Bank BTB-də Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
# 25 fevral 2017 16:23 (UTC +04:00)

Bu gün Bank BTB ASC-nin baş ofisində Xocalı faciəsinin 25 –ci il dönümünə həsr olunmuş iclas keçirildi. Tədbirin açılışını edən Müşahidə Şurasının Sədri Rza Sadiq bu faciənin miqyasından, xalqımıza vurulmuş zərbədən, insanlığa qarşı olunmuş qəddarlıqdan və dünyada əks-sədasından danışdı. Rza Sadiq həmçinin bildirdi ki: “26 fevral Xocalı soyqırımı hadisəsi Azərbaycan tarixinin ən faciəli anlarından biridir. Bu hadisə dinc insanların, uşaqların, qadınların və qocaların yalnız etnik və dini mənsubiyyətlərinə görə törədilib. Belə hadisələri unutmayaraq yad etməliyik ki, ədalətli səsimiz dünya ictimaiyyətinə düzgün çatdırılsın”.


Daha sonra söz alan Bank BTB-nın İdarə Heyətinin Sədri Emil Rzayev Xocalı soyqırımı ilə əlaqədar xatirələri ilə bölüşdü. Faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması, Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğuladı.


Qeyd edək ki, iclasda İdarə Heyətinin üzvləri, departament rəhbərləri, şöbə müdirləri və digər işçilər iştirak etdilər. Yığıncaq iştirakçıları öz xatirələri ilə bölüşərək, bu tədbirlərin xalq yaddaşımızın formalaşması üçün vacibliyini bildirdilər.


İclasın sonunda faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR