Azərbaycan Konqreslər Bürosu görüşlər sənayesi üzrə video təqdim edib

Azərbaycan Konqreslər Bürosu görüşlər sənayesi üzrə video təqdim edib
# 14 iyul 2015 13:46 (UTC +04:00)

Bakı. Esmira Əliyeva - APA. Azərbaycan Konqreslər Bürosu görüşlər sənayesi üzrə yeni video təqdim edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qurumun nəzdində fəaliyyət göstərən büro videonu "Cinex Azerbaijan Film & Digital production" şirkəti ilə birgə hazırlayıb.

Çarxda Bakıda və Qəbələdə yerləşən görüş məkanları, mehmanxanalar və Azərbaycanın təbiəti təqdim olunub.

Büronun üzvü olan otel brendləri, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər kompleksi izləyicilərin nəzərinə çatdırılıb.

Büro videonu ilk olaraq “IMEX 2015” beynəlxalq turizm sərgisində təqdim edib.

Video çarxı bu keçiddən izləmək olar: www.azcb.com/media/meeting-destination-azerbaijan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR