Gələn ilin dövlət büdcəsində Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması üçün 600,6 mln. manat vəsait ayrılıb.
“APA-Economics” bu barədə 2020-ci il dövlət büdcəsi məlumatlarına istinadən xəbər verir.
“Büdcədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması) üçün 600,6 mln. manat xərc nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134 500 min manat, xərcləri 26 894 700 min manat məbləğində təsdiq edilib.