Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahəsinə ayrılan vəsaitin həcmi açıqlanıb

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahəsinə ayrılan vəsaitin həcmi açıqlanıb
# 20 oktyabr 2017 11:48 (UTC +04:00)

2018-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalar aid edilməyən sahədə fəaliyyətin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla, mütləq ifadədə 304,3 milyon manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 21,8 milyon manat və ya 7,7 faiz çoxdur.

APA-nın məlumatına görə, bu, 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə göstərilib. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalar aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 127,8 milyon manatı və ya 42,0 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 57,7 milyon manatı və ya 19,0 faizi radio, televiziya və nəşriyyat xərclərinə, 44,6 milyon manatı və ya 14,6 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizmin maliyyələşməsinə və 74,2 milyon manatı və ya 24,4 faizi digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönələcək.

2018-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşməsi üçün 77,8 milyon manat (əvvəlki illə müqayisədə 15,0 milyon manat və ya 23,9 faiz çox), o cümlədən teatr və konsert müəssisələrində yaranmış zərərin ödənilməsi xərcləri üçün 16,8 milyon manat (əvvəlki illə müqayisədə 1,4 milyon manat və ya 9,3 faiz çox), “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın icrasına 1,5 milyon manat (əvvəlki illə müqayisədə 0,5 milyon manat və ya 49,8 faiz çox) xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 3,5 milyon manat, tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, təkmilləşdirilməsi və tənzimlənməsi, habelə digər tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərə 0,3 milyon manat, xarici ölkələrdə mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı 3,4 milyon manat mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmlənməsinə 35,1 milyon manat (əvvəlki illə müqayisədə 6,7 milyon manat və ya 23,8 faiz çox) digər mədəniyyət və idman tədbirlərinə 16,2 milyon manat vəsait nəzərdə tutulub. İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi məqsədilə incəsənət xadimləri üçün hər bir ayda 500 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin 130 mükafatı təsis edilib. Həmin mükafatların sayı 2018-ci ildə 150 mükafat müəyyən edilməklə maliyyə təminatına tələb olunan vəsait Mədəniyyət və Turizm Nazirliyi üçün proqnozlaşdırılıb.

Dövlət tərəfindən dini mərkəzlərə (idarələrə) maliyyə yardımı göstərilməsinə və dini tədbirlərin keçirilməsi üçün 2018-ci il dövlət büdcəsində 1 milyon manat vəsait nəzərdə tutulub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsait proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR