Bakıda ət satışı ilə məşğul olan mağaza sahibləri cərimələnib

Bakıda ət satışı ilə məşğul olan mağaza sahibləri cərimələnib
# 28 oktyabr 2017 09:53 (UTC +04:00)

Bakı şəhərində ət satışı ilə məşğul olan mağaza sahibləri cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə birlikdə oktyabrın 27-də paytaxtın Xətai və Yasamal rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər. Reyd zamanı bir neçə mağaza sahibi – Yasamal rayonu ərazisində Bəhmən İmanov, Xətai rayonu ərazisində Sərxan Bayramov və İlqar Baxışov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini, habelə Yasamal rayonundakı mağazanın sahibi Ramiz Nəsibov küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR