"Ziraat Bank" "Azər Türk Bank"dakı səhmlərini satır

"Ziraat Bank" "Azər Türk Bank"dakı səhmlərini satır
# 02 noyabr 2016 09:44 (UTC +04:00)

Türkiyənin "Ziraat Bank"ı "Azər Türk Bank" ASC-dəki payını satmaq niyyətindədir. "APA-Economics" xəbər verir ki, bunu "Ziraat Bank"ın baş icraçı direktoru Hüseyn Aydın bildirib.

"Bilirsiniz ki, Azərbaycanda səhmlərinin 100%-i bizə aid olan "Ziraat Bank Azərbaycan" fəaliyyət göstərir. Bununla yanaşı, "Ziraat Bank" başqa bir dövlət bankında ("Azər Türk Bank" ASC - red.) səhmdardır. Biz tədricən həmin bankdakı səhmlərimizi Azərbaycanın Maliyyə Nazirliyinə satmaq niyyətindəyik. Yaxın günlərdə əqdin bağlanacağı gözlənilir", - deyə H. Aydın bildirib.

Qeyd edək ki, "Ziraat Bank" "Azər Türk Bank"da 12,4%, "Ziraat Bank International" isə 1,08%-lik paya malikdirlər. Bankın səhmlərinin 75%-i isə Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR