ATƏT PA-nın xüsusi nümayəndəsi: “Qarabağ münaqişəsinin həllində faktiki heç bir irəliləyiş yoxdur” - YENİLƏNİB

ATƏT PA-nın xüsusi nümayəndəsi: “Qarabağ münaqişəsinin həllində faktiki heç bir irəliləyiş yoxdur” - <span style="color: red;">YENİLƏNİB
# 26 sentyabr 2017 14:27 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir".

APA-nın "Azərtac"a istinadən verdiyi məlumata görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib.

K. Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR