Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa dair yeni sənəd layihəsi hazırlayıb

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa dair yeni sənəd layihəsi hazırlayıb
# 27 yanvar 2017 14:46 (UTC +04:00)

Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə idarəsinin baş direktoru Kriatian Danielson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İdarəsinin icraçı direktoru Tomas Mayr-Harting yanvarın 31-də Azərbaycana gəlir.

APA-nın məlumatına görə, bu barədə Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel bildirib.

Onların Bakıda yüksək səviyyəli görüşləri nəzərdə tutulur: "Onlar Azərbaycana əməkdaşlıq prioritetləri sənədinin layihəsini təqdim edəcəklər. Bu kimi sənəd assosiasiya sazişi olmayan ölkələr üçün tərtib edilir. Sənəd Azərbaycanla növbəti 3 il üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirir. Sənəddə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər də əksini tapacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR