Azərbaycan alüminium ixracını kəskin artırıb

Azərbaycan alüminium ixracını kəskin artırıb
# 18 mart 2020 12:31 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15 521,93 min ABŞ dolları dəyərində 8 234,21 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin iki ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,2%, həcmi isə 25,5% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1% artım) 64 674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR