Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılır

Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılır
# 28 iyun 2024 12:09 (UTC +04:00)

Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilir. “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR