Mingəçevir sakini nalayiq söz işlətdiyinə görə bıçaqlanıb

Mingəçevir sakini nalayiq söz işlətdiyinə görə bıçaqlanıb
# 28 dekabr 2019 21:48 (UTC +04:00)

Mingəçevir mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Sənaye Parkı yaxınlığındakı yaşayış sektorunda baş verib.

1980-ci il təvəllüdlü şəhər sakini Kərimov Ramiz Qəzənfər oğlu içkili vəziyyətdə 41 yaşlı şəhər sakini Kərimov Elşən Eldar oğlunun yaşadığı əraziyə gəlib və aralarında mübahisə yaranıb.

Çağırılmamış qonaq Elşən Kərimovu təhqirə məruz qoyaraq fiziki güc tətbiq edib. Mübahisə ciddi münaqişəyə çevrilib və nəticədə Ramiz Kərimov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Elşən Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR