Güclü daşqınlar Batumini iflic edib, şəhərin bir hissəsi işıqsız qalıb - VİDEO

Güclü daşqınlar Batumini iflic edib, şəhərin bir hissəsi işıqsız qalıb - <span style="color: red;">VİDEO
# 26 avqust 2015 01:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhərin küçələri, binaların birinci mərtəbələri və dəmiryol stansiyası su altında qalıb. Batuminin çıxışında şəhəri tərk etməyə çalışan nəqliyyat vasitələrinin böyük “tıxacı” yaranıb.

“Biz mütəmadi olaraq şəhərin hər bir rayonunda yaranmış vəziyyətlə bağlı məlumat alırıq. Biz DİN, FHN və patrul polisi ilə əməkdaşlıq edirik. Təəssüf ki, şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Təcili yardım xidməti və bələdiyyə nəqliyyatı problemsiz çalışır. Suların çəkilməsi ilə bağlı işlərə başlamaq niyyətindəyik. Hazırkı mərhələdə əlimizdə olan texnika işlərin aparılması üçün tam kifayət edir. Lazım gəldikdə əlavə qüvvələr cəlb olunacaq”, deyə şəhər meriyasının məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR