Şri-Lankada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Şri-Lankada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
# 03 yanvar 2020 11:02 (UTC +04:00)

Şri-Lanka Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənubundakı Uva əyalətində baş verib.

Hərbi Hava Qüvvələrinin rəsmisi bildirib ki, qəza nəticəsində təyyarədə olan 4 hərbçi həlak olub.

Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR