Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb

 Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb
# 07 avqust 2015 10:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Pakistanda Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 12 hərbçi ölüb.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında ölkənin şimal-qərbində Xayber-Paxtunxva vilayətində baş verib.

Məlumata əsasən, hərbi tibb işçilərini daşıyan Mi-17 helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün sərnişinlər, o cümlədən 2 pilot, hərbi həkimlər və xidmətçi heyət ölüb.

İlkin versiyaya əsasən, hadisəyə səbəb pis hava şəraitinin olmasıdır. Qəzadan sonra helikopter yanmağa başlayıb.

Mi-17 helikopteri daşqından əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə Qilqit-Baltistan vilayətinə uçmaq üçün Çaklala hərbi bazasından havaya qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR