Yol qəzasında ailə üzvünü itirmiş şəxsə kompensasiya verilib

Yol qəzasında ailə üzvünü itirmiş şəxsə kompensasiya verilib
# 04 avqust 2015 06:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin noyabrın 26-da saat 17-15 radələrində Bakı-Qazax yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsinin 450-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 4700 manat (dörd min yeddi yüz manat) məbləğində kompensasiya ödənişi verilib.

Kompensasiya poçt vasitəsi ilə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR