Azərbaycan prezidenti Bakıda Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub - VİDEO

Azərbaycan prezidenti Bakıda Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 10:09 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, təhsil ocağının binası 1963-ci ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb. Liseyin binasında bu günədək əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Dövlət başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verilib. Qeyd edilib ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb.

Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış olub.

Qeyd olunub ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur. Texniki-Humanitar Lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində liseyi bitirən 112 məzunun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 17-si 600-dən yuxarı bal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR