Ucarda oğurluq edən şəxs tutulub

Ucarda oğurluq edən şəxs tutulub
# 23 oktyabr 2017 13:58 (UTC +04:00)

Ucarda oğurluq edən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın Aran bürosuna verilən xəbərə görə, rayon sakini Mehriban Məmmədova oktyabrın 22-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evdən 1200 manatın və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq törətdiyinə görə məhkum olunmuş, 29 yaşlı Nurlan İsayev şübhəli şəxs qismində saxlanılaraq Ucar RPŞ-yə gətirilib.

N. İsayev oğurluq törətdiyini etiraf edib. Onun mənzildən götürdüyü qızıl boyunbağını elə həmin gün rayondakı zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə, 129 manata satdığı müəyyən edilib.

Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanılıb. Nurlan İsayevin digər cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR