Abşeron rayonu Müşfiqabad qəsəbəsində bir nəfər döyülərək ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə yeni salınan yaşayış massivində baş verib.
1983-cü il təvəllüdlü Nemətov Zaur Zabir oğlu naməlum şəxslər tərəfindən döyülüb. Ona iti alətlə xəsarətlər yetirilib. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.